1 İyul 2022 15:19
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Türkiyə və Azərbaycan, həmçinin Naxçıvanla quru sərhədlərinin bağlanması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidməti xəbəri Teleqraf.com-a təsdiqləyib.

Bildirilib ki, Nazirlər Kabinetinin Dövlət Sərhədlərinin bağlanması ilə bağlı 20 iyun 2022-ci il tarixli qərarına əsasən quru sərhədlər daxil olmaqla 1 sentyabr 2022-ci il tarixinədək bütün sərhədlər bağlanılıb.

Qeyd edilib ki, hazırda da Dövlət Sərhəd Xidməti sərhəd buraxılışı məntəqələrində xüsusi icazələr istisna olmaq şərti ilə vətəndaşların keçidini qeyd olunan qərara əsasən tənzimləyir.


Müəllif: Aysel Azad