2 İyul 2022 12:46
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 5 rayonda keçiriləcək.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

İyulun 4-də və 8-də saat 12:00-da keçiriləcək aksiya həftənin birinci günü Ağdaş rayonunda (Ağdaş şəhəri, M.İsayev küçəsi, Musiqi məktəbinin qarşısı), 2-cü günü Balakən rayonunda (Balakən şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev adına muzeyin qarşısı), 3-cü günü Qax rayonunda (Qax şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev Parkı) , 4-cü günü Oğuz rayonunda (Oğuz şəhəri, Heydər Əliyev prospekti, İstirahət Parkı ), 5-ci günü isə Zaqatala rayonunda (Zaqatala şəhəri, Nizami küçəsi, Mədəniyyət evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


Müəllif: Yeganə Oqtayqızı