2 İyul 2022 17:34
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fərdi qazlaşdırma qaz təchizatı ilə bağlı qanunda da olduğu kimi istənilən bir şəxsin öz vəsaiti hesabına cəlb etdiyi podratçının vasitəsi ilə həyata keçirilir. Vətəndaşları podratçı təşkilatlarla müqavilə bağlayan zaman bu işdə diqqətli olmağa çağırırıq".

Teleqraf.com xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov deyib.

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq heç bir pullu xidmət göstərmirik və bu məsələdə də Birliyin adının hallanmasının heç bir hüquqi əsası yoxdur. Görülən işlər müvafiq tələblərə uyğun aparılıbsa, sayğacın quraşdırılması tərəfimizdən pulsuz həyata keçiriləcək”- deyə Birlik rəsmisi qeyd edib.


Müəllif: Yeganə Oqtayqızı