3 İyul 2022 00:34
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü C vitamini mənbəyi olan limon mətbəxlərimizin əvəzolunmazdır. Suyundan qabığına qədər sağlamlığımıza bir çox faydaları ilə tanınan limonun alternativ istifadələri də kifayət qədər çoxdur.

Teleqraf.com xəbər verir ki, hər cəhətdən vitamin mənbəyi olan limonu dirsəklərə sürtməyin faydaları saymaqla bitmir.

Xüsusilə yay aylarının gəlişi ilə qolları açıq qalan paltarlara üstünlük verilir. Amma dirsəklərdə qaralma narahatlıq hissi verir. Adətən dilimləyib və ya suyunu sıxaraq istifadə etdiyimiz limonu dirsəklərinizə sürtərək möcüzələr yarada bilərsiniz.

Xüsusilə oturaq işdə işləyənlərin dirsəkləri daha çox qaralır. Həddindən artıq günəşə məruz qalma və ya həddindən artıq sürtünmə və zaman keçdikcə ölü hüceyrələrin artması da qaralma ilə nəticələnir.

Limonu yarıya bölün və dirsəklərinizi yumşaq bir şəkildə 20 dəqiqə masaj edin. Hər gün mütəmadi olaraq tətbiq etdiyiniz zaman dirsəklərinizdəki tonun bərabər olduğunu görəcəksiniz.


Müəllif: Teleqraf.com