3 İyul 2022 16:53
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 1 457 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 493, ikinci doza vaksinlərin sayı 168 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 671-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 125 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 772 490, birinci doza peyvəndlərin ümumi sayı 5 356 988, ikinci doza vaksinlərin sayı 4 854 386 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 311 403, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 249 713 olub.


Müəllif: Teleqraf.com