3 İyul 2022 17:55
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-dən iş günləri ərzində "Bakmil" stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

"Bakmil"dən xəttə daxil olan və "Nəriman Nərimanov" stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.

Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.


Müəllif: Teleqraf.com