4 İyul 2022 16:37
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 388 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, hazırda 218 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 574, bu günə qədər isə ümumilikdə 6 972 527 test icra olunub.


Müəllif: Teleqraf.com