4 İyul 2022 17:55
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İB-nin növbəti “Açıq mikrofon” aksiyası bu gün Ağdaş rayonunda baş tutub.

Bu barədə Teleqraf.com-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Sakinlər "Səyyar qəbul otağı"nın imkanlarından istifadə etməklə qaz təchizatı ilə bağlı onları maraqlandıran sualları və problemləri Birliyin rəhbər şəxslərinə ünvanlayıblar. Aksiyada səsləndirilən müraciətlər diqqətlə dinlənilərək icrası mümkün olan məsələlərin həlli istiqamətində yerindəcə qərar qəbul olunub. Araşdırılması tələb olunan digər müraciətlər isə Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev tərəfindən rəhbərliyə çatdırılması üçün qeydiyyata alınıb.

Aksiyaya qatılan 50-dək Ağdaş sakininin əsas müraciəti qazlaşmayan ərazilərin təbii qazla təchiz olunması ilə bağlı olub. Ünvanlanan hər bir müraciətlə bağlı Birlik rəhbərliyi tərəfindən müvafiq qərar veriləcək.

Nəzərinizə çatdıraq ki, bu gün təşkil olunan görüş aksiya çərçivəsində sayca 100-cüdür.


Müəllif: Yeganə Oqtayqızı