5 İyul 2022 10:59
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyinin 190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur.

Teleqraf.com xəbər verir ki, bunu nazir Mİkayıl Cabbarov bildirib.

"Bu, 1 000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək. Artıq rezidentlər üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır", - deyə o, qeyd edib.


Müəllif: Teleqraf.com