5 İyul 2022 13:13
368
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvan şəhərinin ürəyi sayılan Təpəbaşı məhəlləsi şəhərin şərq yüksəkliyində yerləşir. Bu məhəllə əsrlər boyu ən qədim və muzeyə çevrilən İrəvanın tarixi məskənlərindən biri olub”.

Teleqraf.com xəbər verir ki, bunu “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, keçmiş İrəvan sakini Telman Qasımov "İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi" üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatında deyib.

Onun sözlərinə görə, keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar:

“Bu məhəllədə sadə insanlarla yanaşı şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri də olub. Xatirimdədir ki, sakinlər məscidlərdə toplanıb çay içib söhbət edirdilər”.

Telman Qasımov qeyd edib ki, bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib:

“Dünya buna səssiz qalmamalıdır. Mən də İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət edirəm. Bu məsələ diqqətdə saxlanılmalıdır”.


Müəllif: Yeganə Oqtayqızı