5 İyul 2022 15:52
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropolitenindən istifadə qaydalarının beşinci maddəsinin on yeddinci bəndində odlu silah və deşici əşyalarla metropolitenə daxil olmaq qadağandır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara əsasən sərnişinlərə xələl gətirə biləcək əşya daşımaq olmaz: "Sərnişinlərin geyimlərini və ya salonu çirkləndirə biləcək paltarda olan şəxs belə metropolitenin giriş qapısından buraxılmaya bilər".

Bəxtiyar Məmmədov "Metropolitenə əlində balta olan şəxs necə daxil olub" sualını belə cavablandırıb: "Hadisənin həqiqətən baş verib-vermədiyini hüquq-mühafizə orqanları araşdıracaq, biz də öz növbəmizdə ictimaiyyətə məlumat verəcəyik", - deyə qeyd edib.

Qeyd edək ki, öz videosunu çəkərək Tiktok-da paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib və insanları təhdid edib.


Müəllif: Rəqsanə Həsənova