5 İyul 2022 16:12
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, iyulun 6-da saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.


Müəllif: Teleqraf.com