5 İyul 2022 17:45
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkədə Yeni Günəşli, Qaraçuxur qəsəbələrini Babək prospekti ilə birləşdirən 4 zolaqlı yolun 1 zolağını qəbiristanlıq ərazisinə satıldığıpna dair məlumat və fotolar yayılıb.

İddia olunur ki, həmin ərazi satılıb və 180 yeni qəbir yeri hazırlamaq üçün işə başlayıblar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat katibi Anar Nəcəfli Teleqraf.com-a açıqlamasında sözügedən iddianın həqiqətə uyğun olmadığını bildirib.

O, ərazidə yolun daralmadığını deyib: “Sözügedən ərazidə torpaq sürüşməsinin qarşısını almaq məqsədilə AAYDA tərəfindən istinad divarı inşa edilir. Onun da hesabına yol daralmır. Sadəcə olaraq betonlama işlərinə görə hazırda orada taxta konstruksiyalar quraşdırılıb. Yol əvvəlki kimi 4 zolaqlı olaraq qalacaq. Həmin yolun yenidən təmiri, müasir piyada səkilərinin qurulması da nəzərdə tutulub”.


Müəllif: Yeganə Oqtayqızı