Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına əsasən, dekabrın 3-də paytaxtdakı mədəniyyət mərkəzlərində Beynəlxalq Əlillər Günü qeyd ediləcək.
İdarədən Teleqraf.com-a bildiriblər ki, bu münasibətlə sərgilər, söhbətlər, məlumat saatları, “dəyirmi masa”lar və digər tədbirlər keçiriləcək.