6 İyul 2022 11:33
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

Həmçinin bildirilib ki, şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər: "İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaqdır, inşaallah".


Müəllif: Teleqraf.com