6 İyul 2022 23:04
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyasının imkanlarından bu gün Qax rayon sakinləri yararlanıblar.

Teleqraf.com xəbər verir ki, aksiyada iştirak edən sakinlər qaz təchizatı ilə bağlı onları narahat edən məsələlər barədə “Azəriqaz” İB-nin rəhbərliyinə müraciət ediblər.

Görüş zamanı qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma və qaz kəmərinin yerinin dəyişdirilməsi və s. kimi suallar ünvanlanıb. Müştəri məmnuniyyətinin qorunması məqsədilə keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçılar problemlərinə, istehlakçı olmayan vətəndaşlar isə suallarına cavab tapıblar. Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi vətəndaşlara ətraflı məlumat verib və bütün müraciətlərinin aidiyyatı üzrə yönləndiriləcəyi vurğulanıb.

Qeyd edək ki, bu gün keçirilən aksiya sayca 102-ci görüşdür.


Müəllif: Teleqraf.com