7 İyul 2022 14:26
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar Abşeron rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Teleqraf.com-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

İyulun 8-də saat 09:00-dan təmir işləri başa çatanadək “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.


Müəllif: Yeganə Oqtayqızı