7 İyul 2022 18:15
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 1600 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 437, ikinci doza vaksinləri sayı 158-dir.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 854-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 151 olub.


Müəllif: Teleqraf.com