7 İyul 16:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sayca 103-cü “Açıq mikrofon” aksiyası Oğuz rayonunda baş tutub.

Teleqraf.com “Azəriqaz”a istinadən xəbər verir ki, digər bölgələrdə olduğu kimi Oğuz rayonunda da böyük marağa səbəb olan aksiya vasitəsi ilə vətəndaşlar müraciətlərini Birliyin rəhbərliyinə ünvanlayıblar.

Onları maraqlandıran suallara elə yerindəcə cavab tapan vətəndaşlar keçirilən aksiyadan məmnunluqlarını bildiriblər. Görüşdə səsləndirilən bütün təkliflər, iradlar və problemlər SOCAR "Azəriqaz" İB-nin məsul şəxsləri tərəfindən qeydiyyata alınıb. Qeydə alınan bütün müraciətlər isə öz növbəsində Birlik rəhbərliyinin tapşırığına uyğun olaraq müvafiq tabeli təşkilatlar tərəfindən icra ediləcək.


Müəllif: Yeganə Oqtayqızı