8 İyul 2022 10:26
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır.

Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.


Müəllif: Teleqraf.com