8 İyul 2022 11:52
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Teleqraf.com xbər verir ki, məsələ Milli Məclisin növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Məsələ barədə deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.

Qeyd edib ki, Azərbaycan prezidentinin “Məhkəmələr və hakimlər haqqında” Qanununun 113-cü maddəsinin ikinci hissəsinin 12-ci bəndinə və 114-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq təqdimat göndərib.

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Deputat Tahir Kərimli qeyd edib ki, onun seçki dairəsində də hakim mülki iddiaya baxarkən qanundan kənar hərəkətə yol verib: “Mən özüm də hakimə müraciət edərək bildirdim ki, tərəfləri dinləsin. Hesab edirəm ki, belə hakimlər var. Hətda qətnamə və hökm təsdiq edə bilmirlər. Bəzən qərarla qərardatı seçə bilməyənlər hakim olurlar. Ədaləti qorumalıyıq. Məhkəmə Hüquq Şurası hakim seçimlərində ciddi olmalıdır”.


Müəllif: Nemət