8 İyul 2022 16:46
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güzəştli mənzil sisteminin tətbiqinin əsas məqsədi mənzil almaq istəyənlərə şərait yaradılmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı DTX ilə birgə MİDA-nın birgə keçirdiyi brifinqində deyib.

Onun sözlərinə görə, sistemə müdaxilə nəticəsində 60 faiz mənzil qeyri-qanuni yolla satın alınıb:

"Bir sıra şəxslər əvvəlcədən əlbir olaraq qrup şəkildə onlara müraciət etmiş güzəştli mənzil sistemi istifadəçilərinə qeyri-qanuni olaraq mənzil əldə etmək üçün proqram sistemi yaradıblar. Bu proqram təminatı bərabər şəraitin yaradılmasına ziddir. Satışa çıxarılan mənzillərin 60 faizindən çoxu bu yolla satın alındığı üçün bütün nəticələr ləğv edilib".


Müəllif: Aysel Azad