8 İyul 2022 16:52
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

MİDA-ya məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Günel Hüseynova DTX ilə birgə MİDA-nın birgə keçirdiyi brifinqində deyib.

Günel Hümbətova bildirib ki, qeyd edilən halların araşdırılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə Mənzil İnşaat Agentliyi tərəfindən müraciət ünvanlanıb: "Faktla bağlı Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başlanılıb və icraata qəbul edilib. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA-nın növbəti layihəsi olan ikinci mərhələsi üzrə mənzillərin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən mənzil seçiminin sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb".

Onun sözlərinə görə, İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa edilərək, onlar Azərbaycan Respublikasının müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində işin hallarından asılı olaraq müvafiq qəti imkan tədbirləri seçilib: "Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar".


Müəllif: Aysel Azad