2 Dekabr 2014 12:57
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində havanın soyuq keçəcəyi, sulu qar və qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu gündüz və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar yağacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə dağlarda 5-10 bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.

Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-ə kimi davam edəcək.


Müəllif: