Yaxşı gecə yuxusu orqanlarımızın funksiyalarını rahat yerinə yetirməsinə, sağalmasına və əhval-ruhiyyəmizə müsbət təsir edir.
Teleqraf.com xəbər verir ki, yuxu zamanı sağ tərəfə yatmaq məsləhət görülmür. Çünki sağ tərəfə dönüb yatmaq həzm problemlərinə səbəb ola bilər.
Sol tərəfinizin üzərində yatmaq ən sağlam hesab olunan seçimdir. Xüsusilə hamilələr üçün bu pozisiya çox faydalıdır.
Sol tərəfə yatmağın bir çox faydaları var. Belə ki, sol tərəfə yatmaq limfa vəzilərinin daha rahat işləməsinə kömək edir. Ürək bütün bədənə qanı daha yaxşı vurur. Bədəndəki toksinlərin daha asan atılması təmin olunur. Həzmi asanlaşdırır, qanın bədəndəki dövranına müsbət təsir edir.