“Mobil operatorlardan abonentlərə müxtəlif mövzulu qısa mesajların gəlməməsi üçün nəzarət mexanizmi yaradılacaq”.
Bu sözləri bu gün jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, bununla bağlı abonentlərin şikayətləri artmaqda davam edir: “Yaxın vaxtlarda müəyyən tənzimləmə qaydaları həyata keçiriləcək. Bununla da abonentlərin xoşuna gəlməyən informasiyaları əldə etmələrinin qarşısı alınacaq”.
İlhamə