15 İyul 2022 10:24
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda 15 yaşlı oğlan hisə verilmiş balıqdan zəhərlənib.

Bu barədə Teleqraf.com-a Kliniki Tibbi Mərkəzin Mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

O bildirib ki, rayon sakini, 2007-ci il təvəllüdlü Vüsal Mirzəgülov yaşadığı evdə hisə verilmiş balıq yeyəndən sonra səhhəti qəfil pisləşib.

"O valideynlərinin köməkliyi ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, müalicələr nəticə verməyib. Yeniyetmə ağır vəziyyətdəTəcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Klinik Uşaq Xəstəxanasına yerləşdirilib və süni tənəffüz aparatına qoşulub. Həkimlərin müdaxiləsindən sonra onun həyatını xilas etmək mümkündür. Hazırda uşağın vəziyyəti stabildir",-E. Hidayətoğlu deyib.


Müəllif: Teleqraf.com