2 Dekabr 2014 19:48
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı alimlərin kəşf etdikləri yeni dərman sayəsində insanlar 120 il yaşaya biləcək.


Bu dərmanlar qocalma müddətini gecikdirəcək.

Moskva Dövlət Universitetindən Maksim Skulaçev və komandası yeni antioksidantdan istifadə edərək hazırladığı həb nəticəsində bu qənaətə gəliblər.

Alimlərin fikrincə, həmin antioksidantın əsas işi bədəni bioloji enerji ilə təmin etməkdir. Həmçinin qocalmaq, infarkt və alzaymer kimi xəstəliyə səbəb olan hüceyrələrə təsir edir.

Ömrü uzatdığı iddia edilən yeni maddə balıq, it və siçanlar üzərində təcrübə edilib. Bu maddə heyvanlarda qocalmaya səbəb olan bir çox hüceyrənin inkişafının qarşısını alır. Alimlər bildirib ki, digər araşdırmalar da müsbət nəticə verərsə, “qocalmaq gecikdiriləcək”.


Müəllif:

Oxşar xəbərlər