20 İyul 2022 14:15
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Nabrandakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib", - məlumatda deyilir.


Müəllif: Teleqraf.com