8 May 2014 11:13
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayında MDB ölkələrinə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 13 faiz bahalaşıb.

Dövlət Staistika Komitəsinin mətbuat xitmətindən Teleqraf.com-a verilən məlumata görə, MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri isə 1,2 faiz artıb.

Aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb. Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2 faiz ucuzlaşıb. Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.


Müəllif: Teleqraf.com