27 İyul 2022 12:08
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimlərin sertifikasiyası ilə bağlı çoxlu fikirlər səsləndirilir, izləyirik və heç bir narahatlıq yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, əmək haqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir: “Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”.


Müəllif: Teleqraf.com