27 İyul 2022 12:14
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərdə hər şeyi eyni vaxtda yaxşı etmək heç də asan deyil. Maddi-texniki bazanın zəif olması qəbulediləndir. Lakin son zamanlar bu istiqamətdə çoxlu tədbirlər görülür.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, növbəti ilin əvvəlinə 75 %-dən artıq şagirdin təhsil aldığı məktəb internetə qoşulacaq: “Bu rəqəm əvvəl 10 % idi. Məktəbdə ağıllı lövhələrin olması da bacaran müəllim üçün əlavə alətdir, müsbətdir. Bu lövhə olmadan da müxtəlif fənlərdən yüksək nəticə əldə etmək olar. Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”.


Müəllif: Teleqraf.com