27 İyul 2022 13:31
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uşaq bağçalarında aparılan monitorinqlər hər zaman davam edəcək, çünki bu, dövrü prosesdir”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu günə qədər 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz adama töhmət verilib və xəbərdarlıq edilib: “Problemlər çoxdur, həlli qısa zaman ərzində mümkün deyil. Sadəcə səbrli olmalıyıq”.


Müəllif: Teleqraf.com