29 İyul 2022 12:54
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, bugünkü iclas daha çox idarəetmənin yenidən qurulması, təkminləşdirilməsi, müasirləşməsi, ölkə reallığına uyğunlaşdırılması və dünya təcrübəsinə inteqrasiyası ilə bağlı olub: “Bu formatda idarə olunacaq elmin gələcəkdə hansı nəticəni verəcəyi proseslərin qurulmasından və ailmlərin təşəbbüsləri dəyərləndirməyindən və zəhmətindən asılıdır. Bugünkü iclasda isə AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib”

İ.Həbibbəyli söyləyib ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi mənasızdır.


Müəllif: Mənbə/Report