29 İyul 2022 14:56
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 iyul saat 08:00-dan 31 iyul saat 20:00–dək Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Asif Əsədullayev və Əslidar Məmmədəliyev küçələrinin kəsişməsində yerləşən dairədə aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, qeyd olunan tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Müəllif: Teleqraf.com