Baknın Suraxanı rayonunun Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Teleqraf.comxəbər verir ki, bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.