Azərbaycanla Moldova arasında mədəni əlaqələrin inkişafı proqramı çərçivəsində Kişinyovda Azərbaycan Mətbəxi Günləri keçirilib.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar olaraqAzərbaycan Kulinarlar Assosiasiyasında mətbuat konfransı təşkil edilib.
Tədbirdə çıxış edən Azərbaycan Kulinarlar Assosiasiyasının prezidenti Tahir Əmiraslanov bildirdi ki, Moldova paytaxtında tədbirin təntənəli açılışı olub. Açılış mərasimində “Azərbaycan mətbəxi” kitabının moldavan dilində nəşrinin təqdimatı olub. Müəllifləri Tahir Əmiraslanov və Aynurə Əmiraslanova olan kitab Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən nəşr edilib.
T.Əmiraslanov bildirdi ki, tədbirdə Azərbaycan milli kulinariyasının tarixinə həsr olunmuş sənədli film də nümayiş etdirilib: “Mərasim iştirakçılarına Azərbaycan mətbəxinin müxtəlif ləziz nümunələri: Azərbaycanın ən yaxşı kulinarlarının hazırladığı şah-plov, dolma və s. xörəklər, habelə müxtəlif şirniyyat nümunələri təklif olundu.
T.Əmiraslanov lavaşın erməni çörəyi kimi YUNESKO-nun siyahısına salınması barədə də danışdı: “YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş, erməni çörəyi kimi qələmə verilib. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turzm Nazirliyi, AR YUNESKO yanında Daimi Nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb. Azərbaycan və Türkiyə tərəfinin birgə səyi nəticəsində Ermənistanın lavaşı erməni çörəyi kimi təqdim etmək cəhdlərinin qarşısı alınıb və Komitə tərəfindən qəbul edilməyib. Bununla da YUNESKO qərarında bildirilir ki, lavaş bütün regionda hazırlanır və bu element ermənilərin eksklüziv çörəyi deyil”.
İlhamə