2 Avqust 2022 00:56
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər gün 27 000 insan xərçəngdən həyatını itirir. Yüksək ölümə səbəb, bir qayda olaraq, şişin gec diaqnostikasıdır. Xərçəngin nədən əmələ gəlməsinə birmənalı cavab yoxdur. Lakin, ekspertlər bildirir ki, ümumiyyətlə həyat tərzi və xüsusən də qida rasionu ömrün uzunluğuna və bədxassəli şişin inkişaf edib-etməməsinə təsir edə bilər.

Teleqraf.com xəbər verir ki, xərçəng əleyhinə qidaların siyahısına: xaççiçəklilər fəsiləsinə aid olan tərəvəzlər, qoz-fındıq və tum, eləcə də paxlalılar daxildir.

Brokkoli, kələm, Brüssel kələmi və gül kələmi kimi tərəvəzlərin əksəriyyəti qidalandırıcı maddələrlə zəngindir, onlar həm bişmiş, həm də çiy halda qəbul edilə bilər. Onların tərkibində bədəndə xərçəng şişlərinin və iltihabın inkişafının qarşısını ala bilən minerallar, vitaminlər, antioksidantlar və sulforafan fitokimyəvi maddələr var.

Bundan əlavə, bu tərəvəzlər ürək xəstəlikləri riskini azaldır və immun sistemini gücləndirir.

Qoz-fındıq və tum xərçəng əleyhinə xüsusiyyətləri ilə tanınan Aralıq dənizi pəhrizinin tərkib hissəsidir. Fındıq və tumun əlavə edilməsi bədəni zülallar, faydalı yağlar, vitaminlər, fitosterollar, minerallar və uzunömürlülük üçün lazım olan antioksidant xüsusiyyətləri kimi əsas qidalarla təmin edirlər. Ekspertlər bildirirlər ki, bu məhsullar aşağı glisemik indeksə malikdirlər, çəkiyə nəzarət etməyə kömək edir, aclıq hissini azaltmaqla kalori qəbulunu tənzimləyir, ürək xəstəlikləri və bəzi xərçəng növləri riskini azaldırlar.

Doymamış yağlarla zəngin olan qoz-fındıq qanda xolesterinin səviyyəsinə nəzarət etməyə qadirdir. Gündə 28-30 qram – təxminən bir ovuc qoz-fındıq istehlak etmək tövsiyə olunur.

Paxlalı bitkilərin müntəzəm istehlakı nişasta və lif səviyyəsini artırır. Ekspertlər vurğulayırlar ki, bu, aclıq hissini azaltmağa, qanda şəkərin səviyyəsini sabitləşdirməyə, xolesterinin səviyyəsini tənzimləməyə, xərçəng hüceyrələrinin böyümə riskini azaltmağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.

“Nutrients” jurnalında dərc olunan araşdırmaya görə, lobya təhlükəli visseral qarın piyini azaltmağa kömək edir.

İçkilərdən su və yaşıl çayı seçməyə məsləhət görülür.

Araşdırma nəticəsində məlum olub ki, gündə beş stəkandan çox yaşıl çay içənlərin infarkt və ya insultdan ölmə riski bu içkidən imtina edənlərlə müqayisədə 26 faiz azdır.

Digər araşdırma göstərir ki, həftədə ən azı üç dəfə yaşıl çay qəbul edənlər, bunu etməyənlərlə müqayisədə orta hesabla 15 ay daha çox yaşayırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər