2 Avqust 2022 16:28
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası Neftçala rayonunda yaşayan sakinlər üçün keçirilib.

Teleqraf.com Birliyə istinadən xəbər verir ki, müştəri məmnuniyyətinin qorunması istiqamətində keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçılar onları maraqlandıran suallarına cavab tapıblar.

Qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma, qaz kəmərinin yerinin dəyişdirilməsi və s. kimi suallar ünvanlayan sakinlərin hər birinin müraciəti aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb.
Qeyd edək ki, növbəti aksiya avqustun 3-də Şirvan şəhərində keçiriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər