İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Teleqraf.com bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.