4 Avqust 2022 10:27
289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin tapşırığına əsasən yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlərdə hərbi qulluqçuların xidməti-məişət şəraiti öyrənilib, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Bundan əlavə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqları tərəfindən şəxsi heyətin milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, bunun nəticəsində mənəvi-psixoloji vəziyyətlərinin yüksək səviyyədə olduğunu ifadə ediblər. Həmçinin yeni tədris dövründə qarşıya qoyulan məqsədlərə nail olacaqlarını əminliklə bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər