Azərbaycanda idmanın atçılıq növü ilə məşğul olan at yetişdiricləri, idmançılar hələ də Cıdır yarışlarında iştirak edə bilmirlər.
Bunun bir səbəbi yarışların keçirilməməsidirsə, digər səbəbi yarışda iştirak edəcək atların yetişdirilməsi üçün normal ippodromun olmamasıdır.
Qeyd olunur ki, təmir adı altında Mərkəzi Cıdır Meydanı bərbad hala salınıb.
Atçıların yaydıqları videodan da görünür ki, şəhərin mərkəzində yerləşən cıdır düzündə atların normal məşq etdirilməsi üçün heç bir şərait yoxdur və məşqlər zamanı həm atlar, həm də idmançıların ciddi xəsarət almaq ehtimalları yüksəkdir.
"Niyə aidiyyəti qurumlar ippodromdakı vəziyyətlə maraqlanmırlar? Biz nə vaxta qədər bu vəziyyətdə fəaliyyətimizi davam etdirəcəyik? Niyə yarışlar keçirilmir? Axı bu qədər atları, idmançıları saxlamaq, yetişdirmək üçün vəsait, şərait lazımdır", deyə ay yetişdiriciləri qeyd edirlər.
Həmçinin onlar qeyd edirlər ki, ARAF-ın rəhbəri Elcin Quliyev Binə İppodromunda gedən təmir işlərinin sentyabr ayına qədər bitəcəyini bildirib. Orada atçılar ücün şərait yaradılacaq və cıdır yarışları keçiriləcək.
Atcılar xahiş edir ki, şəhər ippodromu təmir olunana qədər ARAF rəhbərliyi, KTN və "Jokey" klubunun mesul şəxsləri cıdır yarışlarını Binə Atçılıq Mərkəzində kecirsinlər.
Atçılar onu da bildirirlər ki, ölkədə kifayət qədər at yarışlarının həvəskarları var və onları durumdan narazı salmaq heç kəsə başucalığı gətirmir.