8 Avqust 12:50
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşım edən vətəndaşla bağlı açıqlama yayıb.

Nazirlikdən Teleqraf.com-a daxil olan açıqlamada deyilir:

"Sosial şəbəkələrdə özünü Hərbi Polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən vətəndaşın Azərbaycan Ordusuna heç bir aidiyyəti yoxdur".


Müəllif: Teleqraf.com