8 Avqust 2022 17:43
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların qaz təsərrüfatına dair problem və təkliflərinin yerindəcə dinlənilməsinə xidmət edən "Səyyar qəbul otağı" Füzuli sakinlərinin ixtiyarında olub.

Teleqraf.com xəbər verir ki, keçirilən görüşdə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Əsaslı-təmir şöbəsinin rəis müavini Məsləhət Yunusov və Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların müraciətlərini dinləyiblər.

Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəz olunması, işə qəbul, fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin qazlaşdırılması, mənzilə əlavə 2-ci qaz sayğacının quraşdırılması ilə bağlı olub. Daxil olan müraciətlər araşdırılaraq Birlik tərəfindən müvafiq işlərin görülməsi məqsədi ilə qeydlər aparılıb, vətəndaşlara lazımi izahatlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər