Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir.
Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.