4 Dekabr 2014 11:53
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İldə iki dəfə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin standatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirməsi sahəsində iclası keçirilir. Bu, 2014-cu il üçün ikinci və axrıncı iclasdır”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. O bildirib ki, MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının gələcək fəaliyyəti haqqında strategiya hazırlanıb və bu iclasda həmin strategiya müzakirə olunacaq:

“Təxminən 400-ə yaxın dövlətlərarası standartların müzakirəsi və qəbulu gözlənilir. Bir neçə MDB ölkəsi biu sahədə birlikdə fəaliyyət göstərir. Onların birgə gördüyü işlərlə bağlı yekun protokol imzalanacaq. Azərbaycanın standartlaşma və metrologiya sahəsində gördüyü işlər MDB ölkələri üçün nümunədir. Çünki bizdə ən müasir laboratoriyalar, etalonlar və onların fəaliyyəti üçün inşa olunub. Həmkalarımız görülən işləri də yüksək qiymətləndiriblər”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər