10 Avqust 2022 10:26
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Baş naziri Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Kollegiyanın üzvlərinin sayı 13-dən 15-ə çatdırılıb.

Kollegiyanın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri əlavə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər