12 Avqust 19:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 12-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci ilin ikinci yarımilliyi üzrə maliyyə yardımı göstərilən onlayn media subyektlərinin rəhbərləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Əhməd İsmayılov maliyyə yardımının göstərilməsində əsas məqsədin onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin olduğunu bildirib.

Onlayn media subyektlərinin rəhbərləri tərəfindən ötən dövr ərzində maliyyə yardımının göstərilməsi nəticəsində bir çox veb-saytların texniki problemlərinin həll edildiyi, yeni rubrikaların yaradıldığı, bəzilərinin tamamilə yeni tərtibata keçdiyi, həmçinin müvafiq media subyektlərində fəaliyyət göstərən jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirildiyi xüsusilə vurğulanıb.

Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com