13 Avqust 2022 16:41
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTokda atılan jetonlardan tutulan komissiya 50 faizdir. Yəni siz bir müğənni, bloqer yaxud rəqəmsal pul yığana 20 dollar göndərirsinizsə, 10 dolları Çinin büdcəsinə yüklənir. Hər Axşam Azərbaycanda minlərlə dollar TikTok ödənişləri olur. Təəssüf ki, TikTok azərbaycanlı istifadəçilərdən nə qədər qazandığını açıqlamır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın ən böyük texnologiya agentliyi olan "Technote" media şirkətinin təsisçisi, texnobloqer Fərid Pərdəşünas deyib.

Onun sözlərinə görə, Tiktok yüksək istifadəçi kütləsi olmasına baxmayaraq Azərbaycana vergi ödəmir:

“Əvəzində öz vətəndaşlarımız vergini 18 faiz ƏDV olmaqla ödəyirlər. Yəni Tiktokda bir adama jeton göndərən istifadəçi həm 50 faiz TikToka komissiya, həm də 18 faiz Azərbaycana vergi ödəyir.

Bizdən fərqli olaraq isə Türkiyə TikToku vergi ödəməyə məcbur edib. TikTokun Türkiyə ofisi hökümətə 2021-ci ildə qazandığı 1.2 milyard lirəyə (114 min manat) görə 92.9 milyon lirə (8 milyon 810 manat) rəqəmsal xidmət vergisi ödəyib”.

Fərid Pərdəşünas qeyd edib ki, ölkəmizdə sosial şəbəkə istifadəçisi sayı az olduğu üçün nə TikTok, nə Feysbuk, nə "Google" ofis açmır və dövlətlə hesablaşmır: “Yalnız Microsoft ofisi fəaliyyət göstərir. Onlar da dövlət qurumlarına lisenziya satmaqla, yalnız buradan pul daşımaqla məşğuldurlar. Ermənistanda innovasiya mərkəzi olan Microsoft Azərbaycandan pullar aparmasına baxmayaraq, bir dənə mərkəz açıb bizə fayda vermir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər