13 Avqust 2022 19:29
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib. Müsabiqə “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər.
Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.
Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı təqdim edilib.

Qeyd edək ki, müsabiqə avqustun 24-dək davam edəcək. Müsabiqədə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər